...

Qazprombank Mərkəzi Bankın uçot dərəcəsi üzrə qərarını şərh edib

İqtisadiyyat Materials 27 İyul 2023 02:36 (UTC +04:00)
Qazprombank Mərkəzi Bankın uçot dərəcəsi üzrə qərarını şərh edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qazprombank Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsi üzrə qərarını şərh edib.

"Qazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşinanın Trend-ə dediyi kimi, Mərkəzi Bank transmissiya mexanizmlərinin gücləndirilməsinə yönəlmiş antiinflyasiya xarakterli pul siyasəti və islahatları davam etdirir.

"Faiz dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin artırılması, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, mütləq ehtiyatların normalarının qaldırılması və makroprudensial tələblərin dəyişməsi iqtisadiyyatda inflyasiya təzyiqini məhdudlaşdırır", - Haydarşina belə hesab edir.

O həmçinin əlavə edib ki, bugünkü iclasın yekunlarına görə, Mərkəzi Bank risk balansının açıq qiymətləndirməsini verməyib, lakin potensial inflyasiya faktorları arasında yenidən daxili tələbatın sürətlə genişləndiyini müşahidə edib. Bundan başqa, bankın fikrincə, təklif tərəfdən inflyasiyaya logistika zəncirinin pozulması təsir göstərə bilər.

Qeyd edək ki, Mərkəzi Bank iyulun 26-da uçot dərəcəsini dəyişməz olaraq 9 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib, həmçinin faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 10% və 7,5% səviyyələrində dəyişməz olaraq qalıb.

AMB-nin uçot dərəcəsini dəyişməz olaraq saxlamaq qərarı yenilənmiş makroiqtisadi proqnozları, həmçinin inflyasiyaya təsir göstərən xarici və daxili faktorları nəzərə almaqla qəbul edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti