Bakı. Trend:
Azərbaycanda daha bir QSC-yə rezident statusu verilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında paylaşım edib.
"Azpal" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 37-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək", - nazir bildirib.