...

Azad edilmiş rayonlarda çalışan işçilərin sayı - SİYAHI

İqtisadiyyat Materials 18 Avqust 2023 11:37 (UTC +04:00)
Azad edilmiş rayonlarda çalışan işçilərin sayı - SİYAHI
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin iyul ayının 1-nə işğaldan azad edilmiş rayonlarda muzdla çalışan işçilərin sayı 49.5 min nəfər təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ən çox muzdla çalışan işçilərin sayı Ağdam rayonunda(13.3 min nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda ən yüksək əməkhaqqı Şuşada olub. Belə ki, Şuşada yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqqı 812.9 manat təşkil edib.

Azad edilmiş rayonlar Muzdla çalışan işçilərin sayı. Min nəfər Orta aylıq əmək haqqı Manatla
Ağdam rayonu 13.3 595
Füzuli rayonu 9.3 582.5
Laçın rayonu 7.4 588.6
Kəlbəcər rayonu 6.3 599.6
Cəbrayıl rayonu 3.2 685.3
Qubadlı rayonu 2.8 756
Şuşa rayonu 2.4 812.9
Zəngilan rayonu 2.2 789.2
Xocavənd rayonu 1.4 684.1
Xocalı rayonu 1.2 687.9
Məqalədə:
Xəbər lenti

Xəbər lenti