...

Türkiyənin Azərbaycana sement ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 7 Sentyabr 2023 16:08 (UTC +04:00)
Türkiyənin Azərbaycana sement ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azaldaraq, 32,1 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Azərbaycana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz azaldaraq, 4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 3,2 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 395,7 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 16,5 faiz azdır.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 4,9 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti