...

Sumqayıt Kimya Sənaye Parkının iki rezidenti ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib

İqtisadiyyat Materials 3 Noyabr 2023 04:22 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının iki rezidenti ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib

Bakı. Trend:

Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsində, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında mühüm rol oynayır. Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar ölkədə daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi ilə bir çox ölkələrə ixrac edilir.

Trend İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Global Cable” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac İcmalı” jurnalının 2023-cü ilin oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib.

Reytinq cədvəlində “SOCAR Polymer” MMC dövlətə məxsus olan şirkətlərin siyahısında üçüncü, “STP” MMC-nin tərkibində fəaliyyət göstərən “STP Global Cable” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb.

2023-cü ilin 9 ayı ərzində “SOCAR Polymer” MMC 393 milyon manat, “STP Global Cable” MMC isə 31,5 milyon manat dəyərində məhsul ixrac edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti