...

Azad edilmiş ərazilərdə salınan sənaye zonalarının 4 əsas faydası AÇIQLANDI

İqtisadiyyat Materials 19 Fevral 2024 11:50 (UTC +04:00)
Azad edilmiş ərazilərdə salınan sənaye zonalarının 4 əsas faydası AÇIQLANDI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır.

Bəs Azərbaycanın işğaldan azad edilmiş ərazilərində salınan sənaye zonaları iqtisadiyyata necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, işğaldan azad edilmiş ərazilərdə sənaye zonalarının qurulmasının iqtisadiyyata faydaları müxtəlif istiqamətlərdədir.

"Bunlardan dördünü əsas olaraq göstərmək olar.

Birinci olaraq emal sənayelərinin inkişafı nəticə etibarilə kənd təsərrüfatının inkişafı üçün bir stimul yaradacaq. Çünki kənd təsərrüfatı istehsalının yekunda emal sənayesinə yönlənməsi hər iki sahənin inkişafını sürətləndirir.

İkincisi, investisiya mühiti üçün əlverişli imkanlar yaradacaq.

Üçüncüsü, resurslarına baxsaq, burada yaradılan sənaye müəssisələrinin neft-qaz amilindən asılı olmayaraq yaradılmış sənaye müəssisələri olacağını deyə bilərik. Bu isə ümumdaxili məhsulda qeyri-neft sektorunun payını daha da artıracaq ki, bu da qeyri-neft sektorunun dayanıqlılığı və artımı deməkdir.

Dördüncü istiqamət isə məşğulluğun dayanıqlı təmin olunmasına imkan verilməsidir. Nəzərə alaq ki, bu il beş rayon və on beş kəndə 20 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur. Eyni zamanda, Böyük Qayıdışın birinci mərhələsi çərçivəsində, yəni 2026-cı ilin sonuna qədər azad edilmiş torpaqlarımıza 140 minə yaxın əhalinin qayıdışı nəzərdə tutulur. Bu sənaye zonalar orada məşğullun təminatına da öz töhfəsini verəcək", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti