...

Ölkədə minik avtomobili istehsalı artıb?

İqtisadiyyat Materials 15 Mart 2024 14:06 (UTC +04:00)
Ölkədə minik avtomobili istehsalı artıb?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9%, yük avtomobili istehsalı isə 33% artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti