...

Ələt Azad İqtisadi Zonası dünyanın ən böyük sərgilərindən birində təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 29 Aprel 2024 11:17 (UTC +04:00)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) dünyanın ən böyük sənaye sərgilərindən olan Hannover Messe-də iştirak edib. Cari ilin 22-26 aprel tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən sərgi iştirakçı və ziyarətçi sayına, habelə miqyasına görə dünyada ön sıralarda yer alır.

Müxtəlif ölkələrdən nəhəng şirkət və investorların iştirak etdiyi sərgidə Səlahiyyətli Qurum ayrıca stendi ilə çıxış edərək ziyarətçiləri Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli işgüzar mühit barədə məlumatlandırıb.

Belə ki, sərgi çərçivəsində Səlahiyyətli Qurumun nümayəndələri Almaniya, Çin, Türkiyə, Yaponiya, Hindistan, Cənubi Koreya və digər ölkələrin investorları ilə görüşərək, Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, nəqliyyat və logistika xidmətləri, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri və digər imkanları haqqında onlara geniş məlumat verib və sözügedən iş adamlarını öz istehsal müəssisələrini yaratmaq üçün Ələt Azad İqtisadi Zonasına dəvət edib.

Xəbər lenti

Xəbər lenti