...

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni işçi qrupu yaradılacaq

İqtisadiyyat Materials 16 İyun 2024 23:27 (UTC +04:00)

Bakı. Trend:

Moskva, Tehran və Bakının nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə yeni işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Dağıstan hökumətinin Rusiya Federasiyasının İrandakı ticarət nümayəndəliyindəki nümayəndəsi Andrey Tanayev məlumat verib.

"Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüşümüz olub, gömrük və sərhəd məntəqələrinə baxış keçirdik. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə yeni işçi qrupun yaradılması barədə razılığa gəldik", - deyə o bildirib.

Tanayev yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının “demək olar ki, on ildə ilk dəfə keçirildiyini” vurğulayıb.

Xəbər lenti

Xəbər lenti