...

"Əsrin müqaviləsi" Azərbaycanın və ABŞ-nin uğurlu əməkdaşlığını nümayiş etdirir - Səfir

İqtisadiyyat Materials 20 Sentyabr 2024 16:21 (UTC +04:00)
"Əsrin müqaviləsi" Azərbaycanın və ABŞ-nin uğurlu əməkdaşlığını nümayiş etdirir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Əsrin müqaviləsi" Azərbaycanın və ABŞ-nin uğurlu əməkdaşlığını nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi, müqavilənin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

"Bu razılaşma ABŞ ilə Azərbaycanın ikitərəfli münasibətləri tarixində xüsusi yer tutur. Amerikalı şirkətlər və ABŞ-ın siyasi dəstəyi müqavilə müzakirələrində, AÇG-nin inkişafında və Baкu-Tbilisi-Ceyhan ixrac marşrutunun işə salınmasında əvəzsiz rol oynayıb. Bu baxımdan, "Əsrin müqaviləsi" ABŞ-nin investisiyaları və siyasi gücünü Azərbaycanın təşəbbüsü və liderliyi ilə birləşdirərək nələrə nail ola biləcəyimizin parlaq nümunəsidir", - o bildirib.

M. Libbi qeyd edib ki, "Əsrin müqaviləsi" 1994-cü ildə SOCAR ilə ABŞ-də daxil olmaqla 11 xarici enerji şirkəti arasında imzalanmış, AÇG-nin inkişafı üçün birgə razılaşmadır.

"Bu müqavilə sayəsində AÇG Azərbaycanın enerji sektorunun əsasını qoydu və nəticədə bu gün Azərbaycanın yaşadığı möhtəşəm rifahın təminatçısı oldu. "Əsrin müqaviləsi" nin bütün bölgədə tarixin gedişatını və enerji geosiyasətini dəyişdirdiyini söyləmək mübaliğə olmazdı ", - səfir vurğulayıb.

O, Cənubi Qaz Dəhlizi sayəsində Azərbaycanın regional enerji bazarında əsas oyunçu kimi tanındığını və Avropaya enerji təchizatı sahəsində vacib rol oynadığını vurğuladı.

"Azərbaycan qlobal enerji keçidində irəliləyir və COP29 Konfransına hazırlıq görür. Hökumət emissiyaların azaldılması ilə bağlı ümidverici öhdəliklər götürüb və ekoloji təmiz enerjinin ixracında regional lider olmaq məqsədini güdən cəsarətli proqram təqdim edir. Bir çox amerikalı şirkətlər bərpa olunan enerji və karbon emissiyalarını azaltma texnologiyaları sahəsində liderdir, ABŞ-nin tədqiqat institutları isə "yaşıl" enerji sektorunu qlobal miqyasda dəyişə biləcək yeni innovasiyalar inkişaf etdirir. 30 il əvvəl "Əsrin müqaviləsi"-ndə olduğu kimi, indi də Azərbaycan və ABŞ-nin güclü tərəflərimizi, bu halda Amerikanın nou-hau və Azərbaycanın ambisiyalarını "yaşıl" enerji və dekarbonizasiya axtarışında birləşdirmək üçün əla imkanı var”, - o, bildirib.

Səfir, həmçinin, Azərbaycanda 200-dən çox amerikalı şirkətin fəaliyyət göstərdiyini və 1995-ci ildən bəri ABŞ-dən gələn xarici investisiyaların 18,7 milyard dollar təşkil etdiyini qeyd edib.

"Gələcək illərdə bu rəqəmin artmasını istərdik, "yaşıl" enerji və dekarbonizasiya kimi sahələrdə böyük potensial görürük. Mən Azərbaycana COP29-un ev sahibi kimi liderliyinə və "yaşıl" enerji keçidinə bağlılığı üçün təşəkkür edirəm. "Əsrin müqaviləsi"-nin 30 illiyini qeyd edərkən, Azərbaycanın enerji tarixinin növbəti bölümündə və Amerika-Azərbaycan iqtisadi tərəfdaşlığında nələr əldə edə biləcəyimizi görmək üçün səbirsizliklə gözləyirəm", - M. Libbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti