...

Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb

İqtisadiyyat Materials 30 Noyabr 2024 14:36 (UTC +04:00)
Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86,6%) çoxdur.

Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi.

Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti