...

Azərbaycan Böyük Britaniya ilə vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparıb

İqtisadiyyat Materials 2 Dekabr 2024 11:36 (UTC +04:00)
Azərbaycan Böyük Britaniya ilə vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, qurumun rəis müavini Samirə Musayeva Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının (HMRC) baş icraçı direktorunun müavini xanım Ancela MakDonald ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb və qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub.

Görüş zamanı vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində strateji hədəflər və dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən islahatlar müzakirə edilib, vergi mühitinin təkmilləşdirilməsi ilə bağlı layihələr üzrə əməkdaşlıq və birgə fəaliyyətin təşkili mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetlər və Təşkilat çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə də toxunulub.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi, təcrübə proqramlarının təşkili, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatı barədə müzakirələr aparılıb. Birgə fəaliyyətin qlobal vergi mühitində şəffaflığın artırılması, səmərəli işbirliyinin təşkili və vergidən yayınma hallarının azaldılması üçün faydaları diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti