...

BTC vasitəsilə ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 12:12 (UTC +04:00)
BTC vasitəsilə ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensatı ixrac edilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon ton və ya 3,3% azdır. Belə ki, 2023-cü ildə BTC vasitəsilə 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat ixrac olunub.

Qeyd edək ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti