Bakı. Trend:
Son 5 il ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi 66,6 milyon manat olub.
Trend bu barədə Sahibkarlığın İnkişafı Fondundan məlumat əldə edib.
Məlumata görə, güzəştli kreditdən faydalanan qadın sahibkarların sayı 1 219 nəfər olub.
Verilmiş kreditlər hesabına 1 338 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il ərzində sahibkarların 5 min 722 layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 248,1 milyon manat güzəştli kredit verilib. Bu dövr ərzində Fondun güzəştli kreditlərindən 472 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 18,7 milyon manat güzəştli kredit ayrılıb.
Bununla yanaşı, sözügedən dövr ərzində 170 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit əldə edib.