Bakı. Trend:
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında 36,3 milyon ton yük və 308,6 milyon sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,8 faiz artıb.
Yüklərin 56,9 faizi avtomobil, 30,8 faizi boru kəməri, 8,1 faizi dəmir yolu, 4,0 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,1 faizi avtomobil, 11,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.