...

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:37 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1 milyon 463,8 min ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,9 faiz artıb. Yüklərin 47,5 faizini neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları tərəfindən 2 milyon 369,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 milyon 856,9 min tonunu və ya 78,4 faizini tranzit yüklər təşkil edib.

2025-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 4,2 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti