...

Cari ildə Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır

İqtisadiyyat Materials 17 Mart 2025 16:45 (UTC +04:00)
Cari ildə Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov məlumat verib.

O bildirib ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 2015-2024-cü illər ərzində 13,2 milyard manatlıq məhsul istehsal edilib: "2016-2024-cü illər ərzində isə 4,6 milyard manatlıq məhsul ixrac olunub. Parkda istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə satılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb.

Bu il Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur".

Onun sözlərinə görə, fəaliyyətə başlayacaq müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Park 613 hektar ərazini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti