...

Son üç ildə sənaye zonalarında 11,68 milyard manatlıq məhsul satılıb

İqtisadiyyat Materials 19 Mart 2025 12:18 (UTC +04:00)
Son üç ildə sənaye zonalarında 11,68 milyard manatlıq məhsul satılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2021-2024-cü illərdə sənaye zonalarında 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib.

Trend-in məlumatına görə, bu badərə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Sənayezonalarının fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.

Sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb, 865 daimi iş yeri yaradılıb.

Bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür”, - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti