...

Texnologiya parkları və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal ediləcək

İqtisadiyyat Materials 19 Mart 2025 13:44 (UTC +04:00)
Texnologiya parkları və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölkənin texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarının istehsalı ilə bağlı fəaliyyət göstərən rezidentlər cəlb ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Tədbirin əsas icraçı qurumu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi təyin edilib.

Fəaliyyətin icra müddəti 2025-2028-ci illəri əhatə edəcək.

Süni intellekt texnologiyalarının istehsalı məqsədilə rezidentlərin cəlb edilməsi ilə bağlı araşdırmalar aparılması, texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi, ölkə üzrə texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyalarının istehsalı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti