...

Sənaye zonalarına yatırılan investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 19 Mart 2025 14:50 (UTC +04:00)
Sənaye zonalarına yatırılan investisiyaların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye zonalarının fəaliyyəti Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) Trend-ə verilən məlumata görə, sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İZİA-nın idarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb.

Məlumata görə, həmçinin sözügedən dövr ərzində 865 daimi iş yeri yaradılıb.

Bildirilib ki, bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib.

Qeyd olunub ki, satılan məhsulların 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti