Bakı. Trend:
2025-ci ildə Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 6,8 milyard manat, sayı isə 9,6 milyon ədəd təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.
2024-cü illə müqayisədə XÖHKS sistemi vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 726 milyon manat və ya 12 faiz artıb, miqdarı isə 5,334 milyon ədəd və ya 35,8 azalıb.
2024-cü ildə ölkədə XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi 6 milyard manat təşkil edib, sayı isə 14,9 milyon ədəd olub.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.
