...

Azərbaycanda ildə 900 min kvadratmetr güzgü istehsal ediləcək - Zavod rəsmisi (FOTO/VİDEO)

İqtisadiyyat Materials 29 Yanvar 2026 13:26 (UTC +04:00)
Azərbaycanda ildə 900 min kvadratmetr güzgü istehsal ediləcək - Zavod rəsmisi (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Sumqayıt. Trend:

Sumqayıt Sənaye Parkında 1 hektar ərazidə güzgü vərəqələrin istehsalı zavodu inşa edilib. Müəssisədə 30 nəfərlik daimi iş yeri yaradılıb, illik 900 min kvadrat güzgü istehsalı nəzərdə tutulub. Avadanlıqlar Çin texnologiyası ilə qurulub.

Trend xəbər verir ki, bunu “Azermirror” MMC-nin direktor müavini Eldəniz Allahverdiyev güzgü vərəqələrin istehsalı zavoduna media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

E.Allahverdiyev bildirib ki, zavod inşa olunmazdan əvvəl Azərbaycana Rusiya, Çin, Türkiyə, İrandan güzgü idxal olunurdu.

“Zavod inşa edildikdən sonra bütün bunların qarşısı alınıb, tələbatı qarşılamaqla yanaşı, məhsulun xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq bir çox xarici ölkələrlə təklif və razılaşmalar olub. Yaxın vaxtlarda ixrac nəzərdə tutulub.

“Azermirror” MMC-nin investisiya məbləği 6,13 milyon manatdır. İdxal etdiyimiz məhsullara dövlət tərəfindən 600 min manatadək güzəşt tətbiq edilib. Gələcəkdə tələbatın artması ilə əlaqədar müəssisə ikinövbəli iş qrafikinə keçəcək. Bununla da 30 əlavə iş yeri yaradılacağı gözlənilir”.

Xatırladaq ki, yanvarın 27-də Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti