...

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri: "Azərbaycan rəqəmli xəritə sisteminə keçir"(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2007 13:55 (UTC +04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri: "Azərbaycan rəqəmli xəritə sisteminə keçir"(video)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Cümə günü keçirilən mətbuat konfransında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov bildirib ki, dövlət komitəsi kağız xəritələrin işlənib hazırlanması və istifadəsindən imtina edib və rəqəmli xəritələrin tətbiqi sisteminə keçib.

"Rəqməli xəritələr adi xəritələrdən fərqli olaraq təkcə sərhədləri deyil, həmçinin mülkiyyət formasını da göstərir" - deyə Qəribov bildirib.

Qəribovun sözlərinə görə, Yaponiya hökumətinin Azərbaycana 3,2 mln. dollar həcmində ayırdığı qrant hesabına coğrafi informasiya sistemi yaradılır.

Rəqəmli xəritə elektron şəkildə müəyyən olunmuş miqyasda, proyeksiyada və koordinat sistemində verilmiş məntəqəninin təsvirini real və şərti obyektlərin metrik, semantik təsvirlərinin məcmusu kimi saxlayır.

Xəbər lenti

Xəbər lenti