...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 17:10 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 84554 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 24-də (1 ABŞ dolları üçün 0, 8457 manat), minimum isə, dekabrın 28-də (1 ABŞ dollarına 0, 8454 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
17dekabr 0,8460 24dekabr 0,8457
18dekabr 0,8459 25dekabr 0,8456
19dekabr 0,8458 26dekabr 0,8455
20dekabr - 27dekabr 0,8455
21dekabr - 28dekabr 0,8454
Həftə ərzində orta 0,8459 Həftə ərzində orta 0,84554

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0009 bənd (0,09 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0, 8451 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 26-27-də (1 ABŞ dollarına 0, 8455 manat), minimum isə, dekabrın 24-də (1 ABŞ dollarına 0, 8445 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 24-də - 0, 8445 AZN/USD məzənnəsi ilə $22,83, mln., dekabrın 25-də - 0, 8446 AZN/USD məzənnəsi ilə $2,305 mln., dekabrın 26-da - 0, 8455 AZN/USD məzənnəsi ilə $29,028 mln., dekabrın 27-də - 0, 8455AZN/USD məzənnəsi ilə $20,1 mln., dekabrın 28-də - 0, 8454 AZN/USD məzənnəsi ilə $58,085 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
17dekabr 0,8460 24dekabr 0,8457
18dekabr 0,8459 25dekabr 0,8456
19dekabr 0,8458 26dekabr 0,8455
20dekabr - 27dekabr 0,8455
21dekabr - 28dekabr 0,8454
Həftə ərzində orta 0,8459 Həftə ərzində orta 0,84554
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
17dekabr 0,8446 24dekabr 0,8445
18dekabr 0,8447 25dekabr 0,8446
19dekabr 0,8448 26dekabr 0,8455
20dekabr - 27dekabr 0,8455
21dekabr - 28dekabr 0,8454
Həftə ərzində orta 0,8447 Həftə ərzində orta 0,8451

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti 14 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2008-ci ildə bitir.

Xəbər lenti

Xəbər lenti