Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84534 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 15-16-da (1 ABŞ dolları üçün 0,8454 manat), minimum isə yanvarın 14, 17 və 18-də (1 ABŞ dollarına 0,8454 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
7yanvar | 0,8453 | 14yanvar | 0,8453 |
8 yanvar | 0,8453 | 15yanvar | 0,8454 |
9 yanvar | 0,8453 | 16yanvar | 0,8454 |
10yanvar | 0,8453 | 17yanvar | 0,8453 |
11yanvar | 0,8453 | 18yanvar | 0,8453 |
Həftə ərzində orta | 0,8453 | Həftə ərzində orta | 0,84534 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi sıfır bənd (0 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,8454 manat səviyyədə müəyyən olunub. Baxdığımız dövr ərzində dollara münasibətdə Milli valyuta kursu dəyişməyib və 1 ABŞ dolları üçün 0,8454 manat səviyyəsində saxlanıb.
Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 14 yanvarda - 0,8454AZN/USD məzənnəsi ilə $10,885 mln., 15 yanvarda - 0,8454 AZN/USD məzənnəsi ilə $4,58 mln., 16 yanvarda - 0,8454 AZN/USD məzənnəsi ilə $0,775 mln., 17 yanvarda - 0,8454 AZN/USD məzənnəsi ilə $4,048 mln., 18 yanvarda isə - 0,8454 AZN/USD məzənnəsi ilə $10,083 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
7yanvar | 0,8453 | 14yanvar | 0,8453 |
8 yanvar | 0,8453 | 15yanvar | 0,8454 |
9 yanvar | 0,8453 | 16yanvar | 0,8454 |
10yanvar | 0,8453 | 17yanvar | 0,8453 |
11yanvar | 0,8453 | 18yanvar | 0,8453 |
Həftə ərzində orta | 0,8453 | Həftə ərzində orta | 0,84534 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
7 yanvar | 0,8453 | 14 yanvar | 0,8454 |
8 yanvar | 0,8453 | 15 yanvar | 0,8454 |
9 yanvar | 0,8453 | 16 yanvar | 0,8454 |
10yanvar | 0,8454 | 17 yanvar | 0,8454 |
11yanvar | 0,8454 | 18 yanvar | 0,8454 |
Həftə ərzində orta | 0,84534 | Həftə ərzində orta | 0,8454 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
EUR/AZN T+0 aləti üzrə yanvarın 17-də 620 500 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,2410 AZN təşkil edib.
Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit olub və ötən ilin sonunda qeydə alınan 14 manat səviyyəsində qalıb.
Özəlləşdirmə çeklərinin istifadə müddəti daha iki il - 2010-cu il yanvarın 1-dək uzadılıb.