...

"Naxçıvan broyler" toyuqları artıq bazara çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 05:18 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 08 fevral / Trend , müxbr E.Məmmədov / Naxçıvan MR Babək rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən "Vəfa" MMC-nin Quşçuluq fabriki tərəfindən "Naxçıvan broyler" etiketi ilə istehsal olunan toyuq əti artıq bazara çıxarılıb.

MMC-in rəhbəri, sahibkar Səməd Kazımov bildirib ki, fabrikdə İran İslam Respublikasından və Rusiya Federasiyasından alınmış müasir avadanlıqlar quraşdırılıb.

Bunun nəticəsində də hər birində 12500 quş bəslənilən iki sex fəaliyyətə başlayıb. İnkubatorlardan çıxan cücələr 45-50 gün müddətində bəslənildikdən sonra 6 mərhələdə təmizlənir, 45 dərəcə temperaturda dondurularaq satışa çıxarılır.

Artıq fabrikin ilk məhsulları satışa çıxarılıb. "Naxçıvan broyler" toyuqlarının satışı ilə məşğul olan bir neçə ticarət obyektindən bildirdilər ki, yerli əhali bu toyuqlara daha çox üstünlük verir ki, bunun da əsas səbəbi məhsulun yerli istehsal olmasıdır.

Belə ki, son günlərdə yenidən ortaya çıxan quş qripi söhbətlərindən sonra naxçıvanılar kənardan gətirilən toyuq əti almaqda tərəddüd edir.

Xəbər lenti

Xəbər lenti