...

Şaxta Azərbaycanın qərbində üzümün "Kardinal" sortunu məhv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , V.Məmmədov/ Bu il, yanvar ayında şaxtalı hava şəraiti səbəbindən, Azərbaycanın qərbində üzüm məhsuldarlığının azalacağı gözlənilir. Bu barədə Trend ın Gəncə regionu üzrə müxbirinə alim Famil Şərifov məlumat verib.

"Üzüm sahələrindən götürülən nümunələri yoxlayarkən məlum olub ki, şaxta bölgədə "Kardinal" üzüm sortunu məhv edib" - deyə alim bildirib.

Hazırda bölgədə əkilən üzümlüklərin 5 faizdən çoxu "Kardinal" sortudur.

Şərifovun sözlərinə görə, yanvar ayında bölgənin dağətəyi rayonlarında temperatur -16,-17 dərəcəyədək düşüb. Belə hava şəraiti xaricdən gətirilən sortlara çox təsir göstərməsə də, yerli sortlarda cavan zoğları sıradan çıxara bilib.

Alim bildirib ki, 10 gündən sonra araşdırmalar başa çatır, bundan sonra şaxtaların bu ilki məhsludarlığa neçə faiz təsir göstərəcəyi haqqında konkret fikir bildirmək mümkün olacaq.

Azərbaycanın Qərb bölgəsində 1015 hektar bar verən üzüm sahəsi var. Ötən il sahələrdən 28 min 60 ton məhsul yığılıb.

Xəbər lenti

Xəbər lenti