Azərbaycan, Bakı, 29 mart / Trend / Cari ilin mart ayının29- da saat 11:00-dan 12:30-dək BFB-də Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın şənbə günü yayılan məlumatında bildirilir.
Notların dövlət qeydiyyat №-si - 50101219S, Ümumi həcmi 05 000 000 AZN, hərraca çıxarılan həcm - 45 000 000 AZN, bir notun nominal dəyəri 200 AZN, notların tədavül müddət 28 gündür.
Hərrac zamanı, notlar buraxılışının, 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Ödəmə tarixi 23 apreldir.