...

GUAM ölkələri arasında mal dövriyyəsinin 10 mlrd. dollaradək qalxması üçün bank sektoru lokomotiv olmalıdır – Azərbaycanın Banklar Assosiasiyasının prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir İ.Xəlilova / GUAM yeni inkişaf formatına daxil olub və Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın bank sektoru mal dövriyyəsinin 4 mlrd. dollardan 10 mlrd. dollaradək artması üzrə strateji məqsədlərə nail olmaq üçün lokomotiv olmalıdır. Bu barədə cümə axşamı Azərbaycanın Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov Bakıda bu ölkələrin bank cəmiyyətlərinin rəhbərləri və bank nümayəndələri ilə görüş zamanı bildirib.

"Buna regional bank sisteminin yaradılması imkan verəcək və hazırkı kontekstdə dolların kursunun düşməsi ilə əlaqədar xərclərin azaldılmasına imkan verəcək qarşılıqlı əməliyyatlar üçün valyuta mübadiləsinin seçim məsələsi daha aktualdır. Kiçik miqyaslı əməliyyatlar zamanı onlar əhəmiyyətsizdir, lakin regional miqyasda bu, ciddi itkilərlə müşahidə oluna bilər" - deyə İsmayılov bildirib.

Pul axınlarının birgə öyrənilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının sahə strukturları ilə də işləri gücləndirmək lazımdır. Onun rəyinə görə, bankirlər prioritet layihələrin maliyyələşdirilməsində sahibkar və dövlət strukturlarına yardım etməlidirlər.

ABA rəhbəri hesab edir ki, Banklar Assosiasiyaları araşdırmalar və kadrların hazırlanması məqsədi ilə illik konfransların təşkili üzrə funksiyanı öz üzərlərinə götürməlidir.

"BMT-nin ötən il GUAM-ı beynəlxalq təşkilat kimi tanıması bu struktur çərçivəsində konkret layihələrin reallaşdırılmasına başlanması üçün ilkin şərait yaradır. Bank sisteminin vəzifəsi kapital yatırımında fəal iştirakdan ibarətdir", - deyə İsmayılov bildrib.

GUAM ölkələrinin Banklar Assosiasiyaları arasında əməkdaşlığa dair saziş mövcuddur və yaradılmaqda olan Koordinasiya Şurası çərçivəsində, birgə layihələrin hazırlanması üzrə bankların koordinasiyasını gücləndirmək lazımdır ki, bu da strukturun reallığını təsdiq etməyə imkan yaradacaq.

Gürcüstanın Banklar Assosiasiyasının prezidenti Zurab Qvasalia bildirib ki, Koordinasiya Şurasının yaradılması banklara bank fəaliyyəti üçün vahid məkanının yaradılmasına imkan verəcək. Belə ki, bank cəmiyyətlərinin iştirakı olmadan layihələrin reallaşdırılması və birbaşa müxbir münasibətlərinin açılması çətindir.

Ukraynanın Banklar Assosiasiyasının prezidenti Oleksandra Suqonyakonun rəyinə görə, assosiasiyaların işinin dəyişdirilməsi üçün koordinasiya olduqca vacibdir, xüsusilə də dünyanın maliyyə böhranı şəraitində.

"Koordinasiya Şurası regional əməkdaşlığın inkişafı və ölkələr arasında energetika, nəqliyyat layihələrinin reallaşdırılması planları ilə əlaqədar rolu artan bank sisteminin gələcək inkişafının və inteqrasiyasının əsasını qoyacaq", - deyə Moldovanın Banklar Assosiasiyasının prezidenti Dumitru Ursu bildrib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti