...

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin tikintisinə start verəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir S.Ağayeva/ Bakı-Tbilisi-Qars dəmir yolu magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimi iyulun 24 -nə nəzərdə tutulub. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir. Bu barədə cümə axşamı Trend a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Layihənin reallaşdırılmasının başa çatdırılması 2009-cu ilə nəzərdə tutulub. Nəzərdə tutulan vaxtadək Mərmərə layihəsi - Bosforun altı ilə tunel tikintisi başa çatacaq. Bu, Avropaya dəmir yolu əlaqəsinin açılmasına imkan yaradacaq.

Bakı-Tbilis-Qars dəmir yolu sahəsinin tikinti layihəsinin büdcəsi 2008-ci il üçün 107 mln. dollar məbləğində müəyyən edilib.

Azərbaycanın "Azərinşaatservis" tikinti şirkəti Gürcüstanda 29 kilomertlik yolun tikintisi layihəsi üzrə tenderin qalibi olub və artıq bu sahədə işləri həyat keçirməyə başlayıb.

"Azərinşaatservis" ilə bağlanan müqavilənin ümumi dəyəri 79 mln. dollardır. İşləri 2009-cu il oktyabrın 1-də başa çatdırmaq nəzərdə tutulur.

Gürcüstanda tikinti və layihə işləri Azərbaycanın 200 mln. dollar məbləğində kredit vəsaitləri hesabına həyata keçirilir.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində, yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Gürcüstanda buraxma gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi də yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə, $600 mln. qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti