...

"İçəri şəhər" ("Baksovet") metro stansiyası iyulun 5-dən təmirə dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2008 21:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.İsmayılov/ "İçəri şəhər" ("Baksovet") metro stansiyası iyunun 5-dən yenidənqurma və bərpa işləri ilə əlaqədar bağlanacaq. Bu barədə Bakı metropoliteni müdriyyətindən məlumat verilib. Təmir işlərinin başa çatdırılma müddəti müəyyən edilməyib.

Hazırda stansiyada əsaslı təmir işləri gedir, zahiri dəmir-betonlu konstruksiya şüşəli şəffaf piramida ilə əvəzlənəcək. Konstruksiyanın dəyişdirilməsində məqsəd qala divarlarının görünüşü üzrə olan maneəni aradan qaldırmaqdan ibarətdir.

Məqalə müəllifi ilə əlaqə üunvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti