...

Azərbaycan və Niderland arasında imzalanmış Konvensiya əlavə holland sərmayələrini cəlb edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir N.İsmayılov/Azərbaycan Vergilər Nazirliyi və Niderland Maliyyə Nazirliyi arasında imzalanmış Konvensiya respublikaya Hollandiya şirkətlərini cəlb etməlidir.

Sentyabrın 22 - də Azərbaycan Vergilər Nazirliyi və Niderland Krallığının Maliyyə Nazirliyinin nümayəndələri arasında ikili vergitutmanın aradan qaldırılması və vergiləri ödəməkdən boyun qaçırma cəhdlərinin qarşısının alınması ilə bağlı Konvensiya imzalanıb. Konvensiya Hollandiya Maliyyə Nazirliyinin rəhbəri Yan Yagerin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Gəlirə, mülkiyyətə ikili vergitutmanın aradan qaldırılması və vergi ödəmələrindən boyun qaçırmaya edilən cəhdlərin qarşısının alınması Konvensiyasının imzalanması, hazırda Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın holland şirkətinin fəaliyyətinə toxunmalı və yeni şirkətlərin cəlb edilməsinə təkan verməlidir.

Xəbər lenti

Xəbər lenti