...

ABŞ prezidenti iqtisadiyyatın xilas edilməsinə dair 700 milyardlıq plan üzrə qanun layihəsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 11:13 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş Konqres tərəfindən təqdim olunan 700 milyardlıq stabilləşdirmə planı üzrə qanun layihəsi imzalayıb. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir.

Buş iqtisadi böhrandan çıxmaq üçün əvvəllər Konqres tərəfindən qəbul edilən və 700 milyard dolların istifadəsini nəzərdə tutan qanun layihəsi ilə bağlı Ağ Evdəki xüsusi çıxışından sonra sənədi imzalayıb.

"Fövqəladə iqtisadi böhrana dair 2008-ci il Aktı" adlanan sənəd ABŞ-ın maliyyə nazirinə problemli maliyyə aktivlərinin alınması və maliyyə bazarlarının stabilləşdirilməsi üçün federal büdcədən 250 milyard dollardan dərhal istifadə hüququ verir.

Ölkə prezidentinin qərarı ilə bu məqsədlə Maliyyə Nazirliyinə daha 100 mlrd. dollar təqdim edilə bilər, qalan 350 mlrd. isə ABŞ Konqresinin qərarı ilə ayrıla bilər.

RİA Novosti-nin verdiyi xəbərə görə, biznes və fiziki şəxslər üçün ümumilikdə təqribən 100 mlrd. dollar olan vergi güzəştləri paketi qanun layihəsinin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti