Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda birinci regional lizinq şirkəti - Kapital Leasing MMC təsis edilib, - Vergilər Nazirliyinin saytının "Vahid pəncərə" bölməsində bildirilir. Şirkətin Nizamnamə kapitalı 100 manat təşkil edir.
Şirkət Azərbaycanın Biləsuvar rayonunda qeydiyyata alınıb.
Kapital Leasing-in təsisçiləri Elçin Nərimanov, Natiq Şirinov, Namiq Şirinov, Elnur Babayev, Elçin Muxtarovdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]