...

Azərbaycanın broker şirkəti Alman Sərmayə Forumunun işində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın "Standard Capital" broker şirkəti Alman Sərmayə Forumunun işində iştirak edəcək.

"Standard Capital" bu forumdə ilk dəfə iştirak edəcək, - şirkətin direktoru Mətanət İsgəndərova bildirib.

"Biz potensial sərmayədarlar və Azərbaycan ərazisində broker xidmətləri sahəsində əməkdaşlıqda maraqlı olan şəxslərlə birbaşa əlaqələr yaratmağı planlaşdırırıq", - İsgəndərova bildirib.

"Standard Capital" Azərbaycanın fond bazarının daimi iştirakçılarındandır və xidmətlərin həcminə görə sabit şəkildə ölkə brokerlərinin renkinqinə (sıralanmasına) başçılıq edir. 2008-ci ilin oktyabrına olan məlumatlara əsasən, şirkətin göstərdiyi broker xidmətlərinin həcmi 94,2 mln. manat təşkil edib.

Alman Sərmayə Forumu 1996-cı ildən müntəzəm keçirilir. Beynəlxalq işgüzar dairələrdə bu tədbir sərmayələrin cəlb edilməsi və maliyyə sahəsində yeni tərəfdaşların axtarışı üçün yaxşı imkan hesab edilir. Cari ilə forumun təşkilatçıları qismində Commerzbank, HSBC, Credit Suisse, Ernst&Young, Bloomberg, The Wall Street Journal və s. çıxış edib. Forumun gedişində iştirakçılar Alman Fond Birjasına (Deutsche Borse) baş çəkəcəklər.

Sayca 12-ci forum noyabrın 10-12-də Frankfurtda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti