...

Bakının əmlak bazarında yaşayış mənzillərinin kirayə qiymətləri azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmayılova /

Fevral ayında bazarda yaşayış mənzillərinin kirayə qiymətləri yanvar ayı ilə müqayisədə 5,6 faiz azalıb, - çərşənbə axşamı MBA Group konsaltinq şirkətindən bildirilib. Ötən ayda kirayə bazarının fəallığı 7,9 faiz, qiymətlər indeksi isə 2,4 faiz azalıb.

Hazırda Bakıda mənzil kirayəsinin orta qiyməti ayda 599, 4 manat, bir otaqlı mənzillər - 319,2 manat, iki otaqlı - 457,4 manat, üç otaqlı otaqlı mənzillərin qiyməti isə 550,5 manat təşkil edir.

Portfelin böyük hissəsini - bazarın 53,5 faizini fevral ayında 350 manatdan 630 manata kimi olan mənzillər təşkil edib. Bazarda 400 manata təklif olunan mənzillər bir və iki otaqlı, 630 manata kimi təklif olunan mənzillər isə üç otaqlıdır.

Fevralda kirayə bazarının payı Bakının əmlak bazarının ümumi portfelinin 21,5 faizini təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti