...

Azercell abonentlərinə "Danışan Mesaj" xidmətini təqdm edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" abonentləri üçün yeni "Danışan Mesaj" xidmətini istifadəyə verib. Yeni xidmət Azercell abonentlərinə öz mesajını zəng vasitəsilə göndərməyə imkan verəcək, şirkətin məlumatında deyilir.    

İstədiyiniz abonentə "Danışan Mesaj" göndərmək üçün * düyməsini və mesaj göndərdiyiniz abonentin 10 rəqəmli nömrəsini yığıb, siqnal səsindən sonra mesajı yerləşdirməlisiniz. Mesaj göndərdiyiniz abonentə "Danışan Mesaj" daxil olduqda, onu qəbul etmək imkanı olmadıqda istənilən vaxt 6996 nömrəsinə zəng edərək ona gələn mesajı dinləyə bilər.

"Danışan Mesaj" xidmətindən istifadə haqqı 11 kontura bərabərdir. 6996-ya zəng edib "Danışan Mesajı" dinlənən zaman ilk 30 saniyə ödənişsizdir. 30 saniyədən sonra hər bir dəqiqə üçün isə abonentin balansından 10 kontur çıxılır.

"Azercell Telecom" Azərbaycanın ən iri mobil rabitə operatorudur və 3,5 milyondan artıq abonentə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti