...

Gürcüstanda valyuta ehtiyatları azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 19:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbur N.Kirsxaliya / 

2009-cu ilin iyununda Gürcüstanın valyuta ehtiyatları maya nisbətən 25,35 milyon dollar azalıb.

Gürcüstan Milli Bankının məlumatlarına əsasən, iyunun 30-na xarici valyuta ehtiyatlarının həcmi 1 504,539 dollar təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 1 525,789 dollar olub.

Valyuta ehtiyatlarının mayın 30-na olan həcmi 1 529,889 dollar, ötən ilin analoji dövründəki rəqəm isə 1 496,619 dollar olub.

Valyuta ehtiyatlarının ən yüksək göstəriciləri 2008-ci ilin aprel ayının sonunda qeydə alınıb - 1 908 203 600 dollar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti