Azərbaycan, Bakı, 07 oktyabr / Trend /
Nikoyl Bank bir sıra xarici investorlarla fəal danışıqlar aparır. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza bildirib.
"Bank Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya, Bəhreyn və İranın maliyyə institutlarından 1-2 il müddətinə qısamüddətli kreditlərin cəlb olunması üzrə danışıqlar aparır", - Xamaza bildirib.
Onun sözlərinə görə, ilin sonunadək bank 100 milyon avro cəlb etmək niyyətindədir ki, bu vəsait də qismən mikrokreditləşmənin həcminin artırılmasına və böhran zamanı özünü yaxşı göstərən AYİB-in bəyənilən texnologiyaları üzrə kreditlərin verilməsinə yönələcək.
"Bu məqsədlər üçün biz bütün hazırlıq işlərinin başa çatdığı Lökbatanda və "Binə" ticarət mərkəzində xüsusi filialın açılmasını planlaşdırırıq", - Xamaza bildirib.