...

Azərbaycanın Royal Bankı oktyabrda 10 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir N.İsmayılov/

Azərbaycanın Royal Bankı oktyabr ayı ərzində Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ümumi məbləği 457,5 min manat olan 10 ipoteka krediti verib, cümə günü bankdan bildirilib.

"Bank kreditlərin verilməsinə iyunda başlayıb və indiyə kimi artıq 41 ipoteka krediti verib, hazırda ümumi dəyəri 1,2 milyon manat olan 30 ərizə müzakirədədir", - Bankdan deyilib.

Ümumilikdə banka baxılması üçün 109 müraciət daxil olub.

İpoteka kreditləşməsinin başlanılması ilə əlaqədar AİF tərəfindən 18 bank, on qiymətləndirmə şirkəti və 13 sığortaçı müvəkkil təsdiq edilib.

İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir, ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər, ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir, kredit üzrə aylıq ödəmə borc götürənən aylıq gəlirinin 70 faizini keçməməlidir, həyat və s. sığortalar üzrə müqavilə olmalıdır.

2009-cu ildə Azərbaycanın dövlət büdcəsində AİF vasitəsilə ipotekanın maliyyələşdiriləsi üçün 14 milyon manat nəzərdə tutulub. 2009-cu ilin 16 iyunundan həmçinin hər birinin nominal dəyəri 1000 manat, ümumilikdə həcmi 55 milyon manat olan ipoteka istiqrazlarının yerləşdirilməsinə başlanılıb. Bu günə qədər hərracda 41 milyon manat məbləğində istiqraz verilib və istiqrazların ümumi həcmi tamamilə yerləşdirilib.

Oktyabrın 30-na olan rəsmi məzənnə 0,8032 AZN/USD.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti