...

Azərbaycan A(H1N1) virusuna qarşı vaksinləmə aparılmasında beynəlxalq təşkilatlarln dəstəyini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2010 19:14 (UTC +04:00)
Azərbaycanda immunlaşdırma tədbirlərinin həyata keçirilməsində Səhiyyə Nazirliyinə bir sıra beynəlxalq təşkilatlar dəstək verib: ABŞ- nın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az QAC), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Rostropoviç-Vişnevskaya Fondu (RVF), Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Ümumdünya Səhiyyə Təşkilatı (WHO).
Azərbaycan A(H1N1) virusuna qarşı vaksinləmə aparılmasında beynəlxalq təşkilatlarln dəstəyini alıb

Azərbaycan, Bakı, 09 fevral / Trend /

Azərbaycanda immunlaşdırma tədbirlərinin həyata keçirilməsində Səhiyyə Nazirliyinə bir sıra beynəlxalq təşkilatlar dəstək verib: ABŞ- nın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az QAC), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Rostropoviç-Vişnevskaya Fondu (RVF), Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Ümumdünya Səhiyyə Təşkilatı (WHO). Bu barədə  Səhiyyə Nazirliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Ölkədə pandemik A(H1N1) qripinə qarşı vaksinasiya tədbirlərinin aparılması üçün 2010-cu ilin 8 və 15 yanvar tarixlərində peyvənd materialları (172000 doz vaksin, müvafiq sayda şprislər və digər ləvazimatlar) gətirilib.

Məlumdur ki, qrip epidemiyaları və pandemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.

A(H1N1) pandemik qripindən qorunmaq üçün peyvənd olunacaq prioritet qruplar Səhiyyə Nazirliyi tərəfindən təyin edilib: tibb müəssisələrinin işçiləri, gömrük xidməti əməkdaşları, hamiləliyin 3-cü trimestrində olan hamilə qadınlar, ağciyərlərin xroniki xəstəlikləri olan şəxslər, 14-17 yaşlı yeniyetmələr.

Böyük kollektivlərin vaksinasiyası nəzərdə tutulmuş səyyar briqadalar vasitəsilə iş yerlərində, azsaylı ştatları olan müəssisə əməkdaşlarının vaksinasiyası isə ambulator-poliklinika sistemində aparılacaq. Qeyri-mütəşəkkil əhalinin (hamiləliyin 3-cü trimestrində olan hamilə qadınlar və ağciyərlərin xroniki xəstəlikləri olan şəxslər) vaksinasiyası ambulator-poliklinika xidməti vasitəsilə həyata keçirilir.

Vaksinin pandemik qripdən qorunmaq üçün effektli vasitə olduğuna baxmayaraq onun miqdarı məhduddur. İnsanlar əllərini mütəmadi olaraq sabunla yumaqla, öskürərkən, asqırarkən ağzı dəsmalla tutmaqla, özünü xəstə hiss etdikdə işə və ya dərsə getməmək və evdə qalmaqla özlərini və başqalarını yoluxmadan qoruya bilərlər.

Pandemik qrip və ondan qorunma yolları barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Telefon: 498-10-77; 498-23-84; 050 315-45-99

www.health.gov.az

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisi

Telefon: 498-98-88 (əlavə 159)

http://www.who.int

Xəbər lenti

Xəbər lenti