Azərbaycan, Bakı, 16 mart / Trend /
Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (KOICA) və Koreya kadastr çəkilişləri Korporasiyası (KCSC) tərəfindən Bakının yaxınlığında Zirə qəsəbəsi ərazisində RTK-GPS sistemindən istifadə olunmaqla kadastr çəkilişinin aparılması üçün GPS avadanlığı və Azda ərbaycantorpaq kadastr sisteminin yaxşılaşdırılması üzrə taxometr quraşdırılıb. Bu barədə şirkətin Bakı nümayəndəliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
"Azərbaycanda torpaq kadastr sisteminin yaxşılaşdırılması" layihəsi KOICA-nın layihələrindən biridir və KCSC ilə birgə həyata keçirilir. KOICA və KCSC Azərbaycan tərəfindən layihələrin həyata keçirilməsi üzrə səlahiyyətli qurumlar olan Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirlər.
Layihənin büdcəsi 1,5 milyon dollar təşkil edir. Vəsait Koreya hökuməti adından KOICA tərəfindən ayrılıb.
Layihənin əsas fəaliyyət sahələri kadastr xəritələrinin alınması və kadastr informasiya sisteminin yaradılması məqsədi ilə Əzizbəyov rayonunun Zirə qəsəbəsində torpaqların qeydiyyatı üçün aerofotoçəkilişlərin və səhra araşdırmasının aparılmasıdır.