...

Azərbaycan bankı "Bank of Baku" və AİB ticarətin maliyyələşdirilməsi üzrə müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2010 19:46 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" ASC və Asiya İnkişaf Bankı ticarətin maliyyələşdirilməsi üçün revolver kredit xətti üzrə 1 mln. ABŞ dolları dəyəri olan əlavə müqavilə imzalayıblar.
Azərbaycan bankı "Bank of Baku" və AİB ticarətin maliyyələşdirilməsi üzrə müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycan bankı "Bank of Baku" ASCAsiya İnkişaf Bankı (AİB) ticarətin maliyyələşdirilməsi üçün revolver kredit xətti üzrə 1 mln. ABŞ dolları dəyəri olan əlavə müqavilə imzalayıblar. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Kredit bank müştərilərinin post-import və pre-eksport əməliyyatlarında dəstək olmaq üçün istifadə olunacaq.

Bununla yanaşı, "Bank of Baku" və Asiya İnkişaf Bankı dokumentar tranzaksiyaların təqdim olunması üçün ticarətin maliyyələşdirilməsi üzrə müqaviləni də təzələyiblər.

Bütövlükdə, 2007-ci ildən etibarən, "Bank of Baku" Asiya İnkişaf Bankı tərəfindən kiçik və orta sahibkarlığın kreditləşməsi üçün 4 mln. ABŞ dolları həcmində uzunmüddətli kredit, 2 mln. AZN həcmində ortamüddətli kredit, 2 mln. ABŞ dolları həcmində ticarətin maliyyələşdirilməsi üçün və 1mln. ABŞ dolları həcmində revolver kredit xətti üzrə vəsait alıb.

Hazırda, "Bank of Baku" ilə Asiya İnkişaf Bankı kiçik və orta sahibkarlıq və ticarətin maliyyələşdirilməsi sahələrində əməkdaşlıq edirlər. Asiya İnkişaf Bankı tərəfindən ayrılan vəsaitlər vasitəsilə bank biznesin korporativ xətti sahəsində əsas müştəri seqmenti olan kiçik və orta sahibkarlığa dəstək olaraq, bir çox layihələri maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti