...

"Bank of Baku" ASC "Güzəştli Kreditlər" kampaniyası çərçivəsində 4 min müştəriyə dəstək olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 18:40 (UTC +04:00)
"Bank of Baku" ASC yeni "Güzəştli Kreditlər" kampaniyası çərçivəsində 4 minə yaxın müştərisinə dəstək olaraq 4 milyon manatdan artıq nağd pul krediti ayırıb.
"Bank of Baku" ASC "Güzəştli Kreditlər" kampaniyası çərçivəsində 4 min müştəriyə dəstək olub

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"Bank of Baku" ASC yeni "Güzəştli Kreditlər" kampaniyası çərçivəsində 4 minə yaxın müştərisinə dəstək olaraq 4 milyon manatdan artıq nağd pul krediti ayırıb. Bu barədə bankdan verilən məlumatda deyilir.

Beləliklə, "Bank of Baku"nun növbəti kredit kampaniyası olduqca yaxşı göstəricilərlə başlayıb - kampaniyanın ilk 18 gününün nəticələrinə görə bank 4 137 371 manat məbləğində nağd pul krediti ayırıb.

Kampaniya başlanandan təhsil və tibb müəssisələrinin 748 əməkdaşı 568 950 manat məbləğində, bankla iş tarixçəsi olan 2736 müştəri - 3 230 189 manat məbləğində, dövlət və iri özəl müəssisələrinin 388 əməkdaşı isə 338 232 manat məbləğində nağd pul krediti alıb.

Müştərilərin tələbat və ehtiyaclarını maksimal dərəcədə ödəmək naminə "Bank of Baku" iyunun 12-dən etibarən əhali üçün bir sıra üstünlüklərə malik yeni "Güzəştli Kreditlər" kampaniyasını həyata keçirir.

Kampaniyanın şərtlərinə görə təhsil və tibb müəssisələrinin əməkdaşları indi "Bank of Baku"dan nağd pul kreditini 1 il müddətinə deyil, 18 ay müddətinə, 1850 USD-dək deyil, 2500 USD-dək ala bilərlər. Bank of Baku-dan kredit alan və ödənişləri vaxtında həyata keçirən müştərilər 24 ay müddətinə 4500 USD-dək nağd pul krediti ala bilərlər.

Dövlət və iri özəl müəssisələrinin əməkdaşları indi nağd pul kreditini 18 ay müddətinə deyil, 24 ay müddətinə, aylıq əməkhaqqının 5 misli qədər (3500 manatdan artıq olmamaq şərtilə) ala bilərlər.

Kampaniyanın daha bir üstünlüyü var: indi bank kredit müddətinin ilk 6 ayı ərzində yalnız faizləri ödəmək imkanını yaradır.

Bank of Baku-nun "Güzəştli Kreditlər" kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə və ya "www.bankofbaku.com" saytında almaq olar.

Xəbər lenti

Xəbər lenti