...

"Azərbaycan Hava Yolları" və "Boeing" təyyarələrin alınması üzrə yeni saziş imzalayıblar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 16:51 (UTC +04:00)
"Boeing" təyyarə istehsalçısı şirkəti və "Azərbaycan Hava Yolları" QSC iki Boeing 737 Next-Generation təyyarəsinin bir Boeing 767-300ER (genişlənmiş diapazon) təyyarəsinə və iki Boeing-767 yük təyyarəsinə dəyişdirilməsi haqqına saziş imzalayıblar.
"Azərbaycan Hava Yolları" və "Boeing" təyyarələrin alınması üzrə yeni saziş imzalayıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

RED. əlav.: AZAL QSC-nin prezidenti Cahangir Əsgərovun və "Boeing Commercial Airplanes"ın vitse prezidenti Marlin Dayleyin sözləri əlavə olunub

"Boeing" təyyarə istehsalçısı şirkəti və "Azərbaycan Hava Yolları" QSC iki Boeing 737 Next-Generation təyyarəsinin bir Boeing 767-300ER (genişlənmiş diapazon) təyyarəsinə və iki Boeing-767 yük təyyarəsinə dəyişdirilməsi haqqına saziş imzalayıblar. Bu barədə "Boeing"in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Azərbaycan mərkəzləşdirilmiş coğrafi vəziyyəti sayəsində regionda Şərq və Qərb, Şimal və Cənub arasında canlanmış mərkəzə çevrilir", - "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov deyib. - "Biz bu faktdan təyyarə parkımızı genişləndirməklə və Boeing 767-nin sübut edilən effektivliyindən istifadə etməklə yükdaşımalarını artırırmaq yolu ilə faydalanırıq".

Bu saziş də daxil olmaqla, "Azərbaycan Hava Yolları" ümumilikdə səkkiz təyyarə - iki Boeing 767-300Ers, iki Boeing 767 yük təyyarəsi, iki Boeing 737 və Boeing 787-8 alacaq.

"Dünyada iqtisadi bərpanın müxtəlif sürətlərdə getməsini nəzərə alaraq, müştərilərimiz artımla ayaqlaşmaq üçün öz hava gəmilərinin parkına dəyişikliklər edirlər", - "Boeing Commercial Airplanes"ın vitse prezidenti Marlin Dayley qeyd edib.

"Biz "Azərbaycan Hava Yolları" şirkətinin tələbatlarını ödəmək üçün sifarişlər siyahısına dəyişikliklərin edilməsi ilə bağlı QSC ilə işləyirik", - Dayley vurğulayıb.

Xəbər lenti

Xəbər lenti