...

Gürcüstanın Poti şəhərində hava limanının tikintisinə gələn ilin yazında başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 13:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Potidə Zaqafqaziyada ən böyük hava limanının tikintisi gələn ilin yazında başlayacaq. Bu barədə cümə günü layihəni həyata keçirən "Corciya autoritinin Ras-əl-xaym investmenti" ərəb şirkətindən  verilən məlumatda deyilir.

Şirkətdən qeyd ediblər ki, hazırkı mərhələdə obyektin layihələşdirilmə işləri gedir.

"Hava limanını buraxılış imkanları ilə müəyyən etməklə tikmək lazımdır. İnvestorun məlumatına əsasən, tikinti müddətinə riayət ediləcək və obyekt 2013-cü ilə hazır olacaq", - şirkətdən bildiriblər.

Layihəyə bir neçə on milyon dollar sərmayə qoymaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti