...

Azərbaycanda "Management Traning" proqramı çərçivəsində təlim keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 19:22 (UTC +04:00)
Noyabrın 1-dən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Management Traning" proqramı çərçivəsində təlimlərə başlanılıb.
Azərbaycanda "Management Traning" proqramı çərçivəsində təlim keçirilir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 1-dən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Management Traning" proqramı çərçivəsində təlimlərə başlanılıb. Bu barədə İqtisadi inkişaf Nazirliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Təlimin keçirilməsində məqsəd Bakı şəhərində və regionlarda "Layihələrin idarə edilməsi" kursu üzrə sahibkarların maarifləndirilməsi üçün yerli təlimçilərin hazırlanmasıdır.

GTZ-nin ekspertləri tərəfindən keçirilən təlimdə Bakı Biznes Tədris Mərkəzinin və müxtəlif təşkilatların 20-ə yaxın əməkdaşı iştirak edir.

Təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcək.

Təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər noyabrın 11-də Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün "Layihələrin idarə edilməsi" kursu üzrə davamlı təlimlər keçirəcəklər. Bu növ təlim kurslarının regionlarda da təşkil edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti