Azərbaycan, Bakı, 27 noyabr/Trend, müxbir A.Axundov/
Noyabrın 29-u keçirilməli olan iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclası qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə şənbə günü Trend-ə hökumətdən bildiriblər.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından verilən məlumata görə, keçirilməsi noyabrın 29-na planlaşdırılan İV Azərbaycan-Yunanınstan biznes-forumu da təxirə salınıb.
"Biznes-forum Yunanıstan tərəfinin təklifinə əsasən, gələn ilə keçirilib", - konfederasiyadan deyiblər.
Biznes-forumun keçirilməsinin dəqiq tarixi hələ ki müəyyənləşdirilməyib.
Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelosdur.