Gürcüstan, Tbilisi, 29 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan və Gürcüstan dəmiryollarının birgə qərarına əsasən, dekabrın 29-dan gələn ilin yanvar ayının 5-dək Tbilisi-Bakı Yeni il dəmiryol çarter reysləri yerinə yetiriləcək.
"Gürcüstan Dəmir Yolları"nın bəyanatına görə, tələbat olacağı təqdirdə, onlar gələcəkdə də analoji beynəlxalq reyslər təyin edəcəklər.
"Gürcüstan Dəmir Yolları"nın məlumatına görə, kurort mövsümünün və Yeni il bayramlarının başlanması ilə əlaqədar dəmiryol bütün istiqamətlər üzrə əlavə reyslər yerinə yetirəcək.