...

Azərbaycan bankı "Paşa Bank" 2011-ci ildə gəlirin çox hissəsini kapitallaşdırmağa yönəldəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 15:49 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank" Azərbaycan bankları arasında nizamnamə kapitalının həcminə görə liderlik mövqeyini qorumaq məqsədilə gəlirin çox hissəsini kapitallaşdırmağa yönəldəcək.
Azərbaycan bankı "Paşa Bank" 2011-ci ildə gəlirin çox hissəsini kapitallaşdırmağa yönəldəcək

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Paşa Bank" Azərbaycan bankları arasında nizamnamə kapitalının həcminə görə liderlik mövqeyini qorumaq məqsədilə gəlirin çox hissəsini kapitallaşdırmağa yönəldəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı idarə heyətinin sədri Fərid Axundov bankın 2010-cu ildə fəaliyyətinin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Hazırda bankın nizamnamə kapitalı 115,407 milyon manat təşkil edir. Bu göstərici ilə "Paşa Bank" ölkə bankları arasında ikinci yerdə olur.

"Bu il bank gəlirinin çox hissəsini nizamnamə kapitalının yüksəldilməsinə yönəldəcək. Bu proses artıq başlayıb, sənədlər hazırlanıb, bank öz nizamnamə kapitalını 123 milyon manatdan bir qədər yüksəyə çatdırmaq niyyətindədir", - Axundov bildirib.

2010-cu ilin yekunları üzrə bankın xalis gəliri 11,694 milyon manat təşkil edib.

"Paşa Bank" 2007-ci ildə təsis edilib.

Xəbər lenti

Xəbər lenti